- 9 Oktyabr 18:17
Əmlak Məsələləri Dövlət Xidmətinə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi il inzibati protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, qurum üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə