- 9 Oktyabr 18:17
Külli-miqdarda dələduzluqda təqsirləndirilən keçmiş vəkil Ruhid Əkbərova hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilirdi.
Xatırladaq ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.
Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılıb. O, Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.
Orxan Rasifoğlu