"Yeni hakim təyinatları ədalət mühakiməsində səmərəliliyin artırılmasına öz töhfəsini verəcək"


  • 26 May 2021 18:41

"Müasir dövrdə məhkəmələrin fəaliyyətinin ədalətliliyi və səmərəliliyi cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Güclü, müstəqil və səmərəli məhkəmə hakimiyyəti həmin dəyərlərin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə yeni hakim təyinatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə bütün sahələrdə idarəçiliyin keyfiyyətli aparılması üçün yeni formalar tətbiq olunur. Bu, həm çevikliyi, həm də keyfiyyəti əhatə edir. Millət vəkili qeyd edib ki, məhkəmə-hüquq sistemində də bu islahatlar özünü göstərir: "Yeni təyin olunmuş hakimlər hüquq sahəsində fəaliyyət göstərən, tam hazırlıqlı, vicdanlı, dürüst, hüquqşünas peşəsini sevən və öz işinə məsuliyyətlə yanaşan şəxslərdir. Bu cür namizədlərin hakim vəzifəsinə təyin olunması ədalət mühakiməsində səmərəliliyin artırılmasına öz töhfəsini verəcək. Hesab edirəm ki, bu təyinatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin icrası üçün güclü təkan verəcək. Çünki Fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi üçün kadr dəyişikliklərinə ciddi ehtiyac var".

Oxşar xəbərlər