Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə dəstək üçün yaradılmış fondlara yönəldiləcək


  • 21 Yanvar 2022 20:04

Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış fondlara yönəldiləcək.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.

Belə ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarına bu bənd əlavə edilir:

"Büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənir".

Oxşar xəbərlər