- 00:33
Xüsusi icra məmurlarının fəaliyyətinin təşkili qaydaları müəyyənləşir.
E-huquq.az xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, xüsusi icra məmuru öz fəaliyyətini mülkiyyətində olan və ya icarəyə götürülmüş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış ayrıca yerdə həyata keçirməlidir.
Hər bir xüsusi icra məmurunun ofisi olmalıdır. İki və ya daha çox xüsusi icra məmuru müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə aralarında bağlanılmış müqavilə üzrə bir ofisdə fəaliyyət göstərə bilərlər.
- Xüsusi icra məmurunun ofisi icra icraatının aparılması, normal iş şəraiti, şəxslərin qəbul edilməsi, sənədlərin, şəxsi möhürün, ştampların, inventar əşyalarının və arxivin saxlanılması, mühafizəsi, habelə peşə sirrinin qorunması üçün maddi-texniki, kargüzarlıq üzrə tələblərə cavab verməlidir. İki və ya daha çox xüsusi icra məmuru bir ofisdə fəaliyyət göstərdikdə, hər bir xüsusi icra məmurunun öz fəaliyyətini eyni vaxtda, ayrıca və digərlərindən müstəqil olaraq həyata keçirməsi, o cümlədən sənədlərin, şəxsi möhürün, ştampların, inventar əşyaların və arxivin ayrıca saxlanılması təmin edilməlidir. Bu halda hər bir xüsusi icra məmuru öz adından fəaliyyət göstərir və öz fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır. Xüsusi icra məmurunun ofisində iş qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Hər bir xüsusi icra məmurunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən nümunələrə uyğun şəxsi möhürü, təsdiq qeydi ştampları və blankları, habelə elektron imzası olmalıdır. Xüsusi icra məmurunun şəxsi möhüründə onun soyadı, adı, reyestr nömrəsi, "Azerbaycan Respublikası və "Xüsusi icra məmuru sözləri göstərilməlidir. Korlanmış, qüvveden düşmüş, yaxud istifadə olunmayan möhür, ştamp və blanklar müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (quru:) tərəfindən məhv edilir. 15.4. Xüsusi icra məmurunun aşağıdakı bank hesabları olmalıdır:
- icra sənədi üzrə borclu tərəfindən ödənilən və ya məcburi icra tədbirləri nəticəsində əldə olunan tələbkara çatası pul vəsaitlərinin köçürülməsi üçün nəzərdə tutulmuş depozit hesabı:
- xüsusi icra məmurunun haqqının ödənilməsi, ofisinin saxlanılması və fəaliyyəti ilə bağlı digər xərclərin çəkilməsi üçün nəzərdə tutulmuş hesab.
- Xüsusi icra məmuru bu Qanunun 15.4-cü maddəsində göstərilən bank hesablarından yalnız fəaliyyətə başladıqdan sonra istifadə edə bilər. Həmin bank hesabları xüsusi icra məmurunun blankında mütləq göstərilməlidir. Xüsusi icra məmuru tərəfindən bank hesablarından təyinatından kənar istifadə edilməsi, yaxud pul vəsaitlərinin nağd şəkildə qəbul edilməsi qadağandır. Xüsusi icra məmuru bank hesablarını nəzarətdə saxlamalı, vəsaitlər təyinatı üzrə daxil uyğunsuzluğun aradan qaldırılması üçün təxirə salmadan tədbir görməlidir.
- Tələbkara ödənilməli olan vəsait bu Qanunun 15.4.1-ci maddəsində qeyd olunan bank hesabına daxil olduqdan sonrakı 3 (üç) iş günü müddətində xüsusi icra memuru terefindən tələbkarın təqdim etdiyi bank hesabına köçürülür. Borcludan tutulmuş vəsait müvafiq icra sənədi (icra sənədləri) üzrə tələbkarların tələblərinin ödənilməsi üçün yetərli olmadıqda xüsusi icra məmuru "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələblərinə riayət edir.
- Xüsusi icra məmurunun mülki-hüquqi öhdəliklərinə görə tələbkarlara verilməli olan pul vəsaitlərinin toplandığı bank hesabının üzərinə həbs qoyula bilməz. 15.8. Xüsusi icra məmuru icra hərəkətlərini həyata keçirərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən təsvirə uyğun vahid geyim formasını və xüsusi icra məmurunun nişanını daşımalıdır. Xüsusi icra məmurunun nişanının üzərində soyadı, adı, atasının adı, "Xüsusi icra məmuru" sözləri və reyestr nömrəsi göstərilməlidir.