İƏT İran dronlarının Azərbaycanın ərazisini hədəf almasını pislədi


  • 01:11

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İran dronlarının Azərbaycan ərazisini hədəf almasını qəti şəkildə pisləyib.

E-huquq.az xəbər verir ki, İƏT Baş Katibliyi mülki obyektlərin hədəfə alınmasını və mülki şəxslərin həyatının təhlükəyə atılmasını pisləyərək bunun Azərbaycanın suverenliyinin pozulması, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyinə təhdid olduğunu bildirib.

Təşkilat Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayaraq ölkənin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunmasına dəstək ifadə edib.

Bununla yanaşı, İƏT bu cür təxribat xarakterli addımların dərhal dayandırılmasına çağırıb. Bildirilib ki, üzv dövlətlərin hədəfə alınması və onların təhlükəsizliyinin təhdid edilməsi beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır və qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərə ziddir.

Oxşar xəbərlər