- 17:04
Alimlər hamiləlik dövründə yaranan unutqanlığın və zehni bulanıqlığın səbəbini müəyyən ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tibb aləmində "hamiləlik beyni" və ya "ana beyni" kimi tanınan fenomenin arxasındakı bioloji mexanizm tədqiqatçılar tərəfindən araşdırılıb.
Həm siçanlar, həm də insanlar üzərində aparılan müşahidələrə əsaslanan tədqiqat nəticəsində məlum olub ki, hamiləlik zamanı orqanizmdə kəskin yüksələn estrogen səviyyəsi beyindəki xüsusi sinir dövrəsinə təsir edir. Qandakı yüksək estrogen hipotalamusda yerləşən neyronları stimullaşdıraraq yaddaş və təfəkkürə cavabdeh olan hipokampusa uzanan sinir zəncirində müvəqqəti dəyişikliklərə yol açır.
Alimlər bildirirlər ki, məhz bu bioloji proses hamilə qadınlarda müvəqqəti unutqanlığın, diqqət dağınıqlığının və zehni dumanlanmanın əsas səbəbidir.
Şəbnəm Mehdizadə