Fransa İranı diplomatiya yoluna qayıtmağa çağırır


  • 16:33

Fransa hökuməti Hörmüz boğazı və ABŞ ilə münasibətlərdə artan gərginlik fonunda rəsmi Tehranı diplomatiya yolunu seçməyə çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Görüşlə bağlı Fransa Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan yazılı bəyanatda bildirilir ki, Barro fransız tərəfinin diplomatik həllə yönəlmiş səyləri dəstəkləməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Fransa XİN rəhbəri vurğulayıb ki, bağlanması qlobal enerji təhlükəsizliyi və regional sabitlik üçün ciddi risklər yaradan Hörmüz boğazının yenidən açılması rəsmi Paris üçün prioritet məsələdir.

İkitərəfli münasibətlərə toxunan fransalı nazir Tehrandakı Fransa səfirliyinin əməkdaşlarına qarşı törədilən hücumların yolverilməz olduğunu bir daha bəyan edib. O, həmçinin İranda fransız dili tədris mərkəzinin bağlanması ilə bağlı qəbul edilən qərarı qətiyyətlə pisləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər