- 01:11
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Naxçıvanda baş verən dron hücumlarından sonra Azərbaycanla bağlı səyahət tövsiyələrini yeniləyib.
E-huquq.az xəbər verir ki, qurumun açıqlamasında deyilir ki, bəzi bölgələrə bütün səfərlərdən, bəzi ərazilərə isə yalnız zəruri səfərlərdən başqa bütün səfərlərdən çəkinmək tövsiyə olunur.
FCDO qeyd edib ki, qərar Naxçıvan Muxtar Respublikasında baş verən dron zərbələrindən sonra təhlükəsizlik vəziyyəti ilə bağlı yenilənmiş məlumatlar əsasında qəbul edilib.
Böyük Britaniya vətəndaşlarına Azərbaycana səfər etməzdən əvvəl rəsmi səyahət tövsiyələri ilə tanış olmaq tövsiyə olunub.