- 21:21
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.