Milli Məclisin nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək


  • 13:41

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, səfər zamanı millət vəkilləri QDİƏT PA-nın Büro iclasında və 67-ci Baş Assambleyasında iştirak edəcəklər.

"Tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər iyulun 2-də başa çatacaq", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər