DİN motosiklet və moped sürücülərinə çağırış etdi


  • 16:04

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən motosiklet və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə idarənin yatdığı məlumatda deyilir.

Bildirilib ki, tədbirlərin məqsədi bu tip nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Motosiklet və moped sürücülərini məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırırıq.

Oxşar xəbərlər