Hesablama Platasının iclası keçirildi - Auditlə bağlı yeni qərarlar açıqlandı


  • 19:01

Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda məlumat verilib.

İlcasda həmçinin Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatı Samir Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.

Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Hesabatın təqdimatı çərçivəsində Səmərəlilik auditi şöbəsinin əməkdaşları tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələrə və müəyyən edilmiş nöqsanlara dair təqdimat edilib. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Oxşar xəbərlər