Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib


  • 11:34

7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən e-huquq.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları, eləcə də yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər