- 14:46
Qana Prezidenti Con Dramani Mahama ölkənin müstəqilliyinin 70-ci ildönümü ilə bağlı 863 məhbusu əfv edib.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sözçüsü Feliks Kvakye Ofosu məlumat verib.
Onun sözlərinə görə, əfv olunanların 819-u ilk dəfə cinayət törədən şəxslərdir və onlar dərhal azadlığa buraxılacaqlar.
Bundan əlavə, 70 yaşdan yuxarı 13 məhbusun və ciddi sağlamlıq problemi olan 6 şəxsin azad edilməsi qərara alınıb. 11 nəfərin ölüm hökmü ömürlük həbslə əvəzlənib, 6 nəfərin ömürlük həbs cəzası isə 20 il müddətinə endirilib.
Ofosu bildirib ki, qərar müstəqillik ildönümünün “mərhəmət və milli düşüncə” ruhunda qeyd olunması məqsədi daşıyır.
Qeyd edək ki, Qana 2027-ci il martın 6-da müstəqilliyinin 70-ci ildönümünü qeyd edəcək.
Şəbnəm Mehdizadə