Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək


  • 17:21

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

E-huquq.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Oxşar xəbərlər