İsrailin hücumlarında 800 fələstinli müəllim həlak olub


  • 16:30

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağı və İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 800 müəllim ölüb, 3300-dən çox müəllim isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda, 170-dən çox müəllimin də saxlanıldığı da qeyd edilib.

Nazirliyin məlumatına görə, İsrailin hücumları nəticəsində Fələstin ərazilərində təhsil sektoru ciddi dağıntılara məruz qalıb. İordan çayının qərb sahilində hərəkət məhdudiyyətləri və çoxsaylı keçid məntəqələri müəllim və şagirdlərin təhsil müəssisələrinə çıxışını çətinləşdirib.

Fələstin Təhsil Nazirliyi beynəlxalq ictimaiyyəti saxlanılan müəllimlərin azad olunması və pedaqoqlara qarşı pozuntuların dayandırılması üçün tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Fələstin tərəfinin məlumatına görə, 2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağına hücumları nəticəsində 74 mindən çox insan ölüb, 175 mindən çox insan yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər