- 10:54
Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb.
E-huquq.az xəbər verir ki, müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib.