- 16:55
Türkiyənin İstanbul şəhərində ikimərtəbəli binada yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən İstanbulun Fatih rayonunda ikimərtəbəli binada naməlum səbəbdən başlayıb və qısa müddətdə bütün binanı əhatə edib.
Hadisə yerinə yanğınsöndürən, polis və tibbi yardım briqadaları cəlb olunub.
Binada yaşayan digər sakinlər öz imkanları ilə təxliyə ediliblər.
Yanğın söndürüldükdən sonra aparılan yoxlama zamanı ikinci mərtəbədə tək yaşayan Erdinç L.-nin meyiti aşkarlanıb.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə