- 16:55
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Qlosterşir qraflığındakı RAF Fairford aviabazasında yerləşdirilən ABŞ bombardmançı təyyarələrinin ölkəyə geri qaytarıldığını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp qərarın İranla əlaqəli ola biləcək müəyyən təhdidlər səbəbindən qəbul edildiyini bildirib. Onun sözlərinə görə, təyyarələrin bölgədə qalmasına ehtiyac olmayıb.
ABŞ Müdafiə Nazirliyi də "Wall Street Journal"a RAF Fairfordda yerləşdirilən bütün bombardmançıların ABŞ-dəkı daimi bazalarına qayıtdığını təsdiqləyib.
Tramp həmçinin Britaniyaya mümkün hücumlarla bağlı sualı cavablandırarkən İranın adını çəkib və belə bir hücumun baş verəcəyi təqdirdə bunun ağır nəticələrinin olacağını bildirib.
Şəbnəm Mehdizadə