- 14:56
Nepal hökuməti avqustun 26-da başlayan dağıdıcı daşqınlarla bağlı axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını açıqlayıb.
E-huquqaz xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, fəlakət nəticəsində azı 1455 nəfər ölüb, 5285 nəfər isə itkin düşüb. Əməliyyatlar zamanı 13 795 nəfər xilas edilib.
Milli Fövqəladə Hallar Əməliyyat Mərkəzinin rəhbəri Phanindra Paudel bildirib ki, ölkə artıq axtarış-xilasetmə mərhələsindən bərpa işlərinə keçir. İtkin şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün də müvafiq prosedurlara başlanılıb.
Daşqınlar Nepalın yollarına, körpülərinə, yaşayış məntəqələrinə və kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub, 12 su-elektrik stansiyası layihəsi yararsız vəziyyətə düşüb.
Rəsmilərin hesablamalarına görə, dağıntıların aradan qaldırılması və zərərçəkənlərin həyatının bərpası üçün təxminən 5 milyard dollar vəsait tələb olunur. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə xilasetmə tədbirlərinin yenidən həyata keçirilə biləcəyi bildirilib.
Şəbnəm Mehdizadə