Bolqarıstan sahillərində 2 ticarət gəmisi PUA hücumuna məruz qalıb


  • 16:20

Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisinə PUA hücumu nəticəsində gəmilərdən biri batıb, digərinin 18 nəfərlik heyəti təxliyə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum Müqəddəs Atanas burnu və Byala şəhərinin şərqindəki sularda baş verib. Toqo bayrağı altında üzən “ALFA WATAN” gəmisi aldığı ciddi zədələr nəticəsində batıb. Gəminin heyətinin taleyi barədə hələlik məlumat yoxdur. İtkin dənizçilərin axtarışı davam etdirilir.

Palau bayrağı altında üzən “ABLE” gəmisində isə hücumdan sonra yanğın baş verib. 18 nəfərlik heyət gəmini tərk edib. Hadisə yerinə göndərilən Bolqarıstan bayraqlı “DIOSCURIA” sərnişin bərəsi heyət üzvlərini xilas edib. Xilas edilənlər arasında xəsarət alanların olduğu bildirilir.

Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı iclas keçirəcək. İclasda müdafiə, daxili işlər və nəqliyyat nazirliklərinin, eləcə də təhlükəsizlik qurumlarının nümayəndələri iştirak edəcəklər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər