- 16:49
İtaliyanın Baş naziri Corcia Meloni süni intellektlə yaradılan "deepfake" texnologiyasına qarşı hüquqi müdafiəsini gücləndirmək məqsədilə səsini Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsində (EUIPO) qeydiyyatdan keçirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Meloni dörd saniyəlik səs yazısı təqdim edib. Səsyazmada o, "Mən Corciayam” mənasını verən “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirir.
Meloninin bu addımı süni intellekt vasitəsilə real şəxslərin səsinin və görüntüsünün icazəsiz istifadəsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda atılıb.
Qeyd edək ki, Meloninin görüntüsündən istifadə edilərək hazırlanmış pornoqrafik "deepfake" videolar daha əvvəl internetdə yayılıb. Baş nazir bununla bağlı 100 min avro təzminat tələb edib.
Qeyd edək ki, "Deepfake" texnologiyası real insanların səs və görüntülərindən istifadə etməklə onların süni şəkildə imitasiya edilməsinə imkan verir.
Şəbnəm Mehdizadə