Belçikada şagirdlər məktəbin girişini bağlayaraq etiraz aksiyasına başlayıb


  • 16:46

Belçikanın paytaxtı Brüsseldə təhsil islahatlarına etiraz edən şagirdlər bir orta məktəbin girişini bağlayaraq bir həftəlik aksiya keçirirlər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şagirdlər İxelles bələdiyyəsində yerləşən fransızdilli Athenee Charles Janssens məktəbinin girişini bağlayıb. Aksiyanın oktyabrın 9-da keçiriləcək milli etiraz gününə qədər davam etdirilməsi planlaşdırılır. Etiraz səbəbindən məktəbdə həftə ərzində dərslər dayandırılıb.

Şagirdlər əsasən fransızdilli təhsil sektorunda büdcə kəsintilərinə qarşı çıxırlar. “Mars hücumları” kollektivi də oktyabrın 7-də Brüsseldə nümayiş keçirəcəyini açıqlayıb.

Etirazlar ölkənin digər şəhərlərində də gərginliklə müşayiət olunub. Lyejdə polis nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Hadisələr zamanı 18 polis əməkdaşı yüngül xəsarət alıb, 30 nəfər saxlanılıb.

Qeyd edək ki, Belçikada təhsil islahatlarına qarşı etirazlar oktyabrın 1-də başlayıb. Sonrakı aksiyalarda bəzi şəhərlərdə barrikadalar qurulub, məktəb və ticarət obyektlərinə ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər