"Azərbaycana qarşı törədilən cinayətlərin beynəlxalq məhkəmələrə çıxarılmasına nail olmalıyıq"


  • 8 Aprel 2021 12:12

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər bizim üçün böyük bir imkan oldu. Biz orada kifayət qədər dağıntıların şahidi olduq.

E-huquq.az-ın məlumatına görə, bunu Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) səfirinin müavini Əbubəkir Cah İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Diplomat bildirib ki, burada ədalətsizlik baş vermişdi və bu ədalətsizliyin aradan qaldırılması üçün Azərbaycan mücadiləyə qalxdı və qalib gəldi:

"Biz işğaldan azad edilmiş ərazilərdə hər şeyin, məscidlərin dağıdılmasının şahidi olduq. Həmin ərazliərdə həyatı tamamilə məhv etmək cəhdləri olub, lakin buna nail olmayıblar. Həmin ərazilərdə yenədə ocaqlar yanacaq, o ərazilər bərpa olunacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar.

İƏT olaraq biz Azərbaycanla həmrəylik nümayiş etdirməli, eyni zamanda Azərbaycana qarşı törədilən bu cinayətlərin beynəlxalq məhkəmələrə çıxarılmasına nail olmalıyıq. Bu digər işğalçılara da nümunə olmalıdır ki, kiminsə ərazisini işğal edib oranı dağıtmaqla canını qurtara bilməyəsən”.

Oxşar xəbərlər