Vuçiç: "Prezident İlham Əliyevin iştirakı olmadan qaz təchizatının şaxələndirilməsinə ümid etmək çətin olardı"


  • 1 Oktyabr 2022 23:22

Prezident İlham Əliyevin iştirakı olmadan çətin ki, bizim hər birimiz qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid edə bilək.

E-huquq.az-ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Sofiyada keçirilən IGB-nin kommersiya təqdimat mərasimində çıxışı zamanı deyib.

“Bolqar və yunan dostlarımızı interkonnektorun uğurla başa çatması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də böyük əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etməliyəm ki, dostumuz Prezident İlham Əliyevin iştirakı olmadan, çətin ki, bizim hər birimiz qazın və elektrik enerjisinin şaxələndirilməsinə ümid edə bilək. Əziz dostum, görürəm ki, bu gün Avropada çox məşhur olmusunuz. Mən sizinlə danışmaq istərdim. Onunla dəfələrlə danışmışam. Avropada çox məşhur oldu. İndi nə etdiyini bilmirəm, amma etiraf etməliyəm ki, mən də bunu bilmək istərdim" - deyə A.Vuçiç bildirib.

Oxşar xəbərlər