Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqlədi - YENİLƏNDİ


  • 11 Fevral 17:31

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu məsələ MSK-nın bugünkü iclasının gündəliyində müzakirəyə çıxarılıb.

***

16.27

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.

E-huquq.az-ın xəbərinə görə, MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Oxşar xəbərlər