Azərbaycanda himayədar ailə modeli tətbiq olunacaq


  • 24 Yanvar 2022 13:55

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən himayədar ailə sisteminin və ailə bütövlüyünün qorunması məqsədilə tətbiq edilən Sosial-İqtisadi Dəstək xidmətinin Azərbaycanda da tətbiqi üçün iki ölkənin səlahiyyətli orqanları birgə fəaliyyətə başlayıb.

E-huquq.az-ın "Anadolu" agentliyinə istinadən vediyi məlumata görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanıka məktubla müraciət edərək himayədar ailə modelinin Azərbaycanda da həyata keçirilməsi üçün əməkdaşlıq təklif edib.

İki ölkənin səlahiyyətli orqanlarının keçirdiyi onlayn görüşlərdə iş planı yaradılıb və bu çərçivədə yerində araşdırmalar aparmaq üçün Türkiyəyə səfərlər edilib.

İstanbul və Ankarada himayədar ailələri ziyarət edən Azərbaycan rəsmiləri həmin ailələr və himayədar ailələrdə böyümüş gənclərlə görüşüb.

Azərbaycan rəsmilərinə himayədar ailə ilə yanaşı, ailə bütövlüyünün qorunması və uşaqların ailələri ilə birlikdə böyüməsini təmin etmək məqsədilə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən göstərilən Sosial-İqtisadi Dəstək (SED) xidməti haqqında, həmçinin uşaqlar üçün mütəmadi olaraq SED ödənişləri və xidmətin izlənilməsi barədə ətraflı məlumat verilib.

Araşdırmaların nəticələrinə uyğun olaraq 2022-ci il üçün tədbirlər planı hazırlanıb. Bu plan çərçivəsində bu il Türkiyədə himayədar modelinin və SED xidmət modelinin yaradılması üçün Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyinə və digər aidiyyəti orqanlara nəzarət dəstəyi veriləcək.

Uşaqların müdafiəsi xidmətlərində strukturlaşdırılmış sistemin mövcud olduğu Azərbaycanda türkiyəli mütəxəssislər himayədar ailə ilə bağlı yerində araşdırmalar aparacaq. Azərbaycanda himayədar ailə xidmətinin baza strukturu yaradıldıqdan sonra bu sahədə çalışan 60 əməkdaş Türkiyədə təcrübəli mütəxəssislər tərəfindən himayədar ailə xidmətinin həyata keçirilməsi ilə bağlı 10 günlük təlim keçəcək.

Azərbaycanda himayədar ailə xidməti sahəsində istifadə olunacaq əsas sənədlərin yaradılmasına dəstək göstəriləcək, şəxsi heyətin vaxtaşırı distant təhsili təşkil olunacaq.

Tədqiqatlar çərçivəsində bir il ərzində Azərbaycanda çalışan kadrlara məsləhətlərin verilməsi, Türkiyə ilə Azərbaycan arasında uşaqların müdafiəsi sahəsində yeni layihələrin həyata keçirilməsi barədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycanda himayədar ailə xidmətinin sınaqdan keçiriləcəyi halda, 30 iyun 2022-ci il tarixində keçiriləcək Himayədar Ailə Günü münasibətilə Azərbaycandan himayədar ailələrin Türkiyəyə dəvət olunması nəzərdə tutulur.

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu