Nazir pensiya yaşından danışdı


  • 25 Noyabr 2022 13:39

"Bu gün ölkədə 65 yaşa çatanların 60 faizi pensiya, qalanları sosial müavinət alır. Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq".

E-huquq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlərə uzun illər boyu sosial siğorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz. Biz o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq", - S.Babayev bildirib.

Nazir eyni zamanda ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib:“Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 % pensiyaçı 12 ildən çox pensiya alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu