Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır


  • 19 Fevral 10:55

20 fevral saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Bu barədə e-huquq.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 20 fevral 2024-cü il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Oxşar xəbərlər