Şahmar Mövsümov: “Bankların vətəndaşlara güzəşt etməsi könüllüdür”


  • 8 Avqust 2020 12:16

“Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır”

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Ola bilər ki, kimlərsə ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edir, banklar da bunu biləndə təbii ki, həmin şəxslərə tədbirlər görürlər”, - deyə o, qeyd edib.

Oxşar xəbərlər