Mediator olmaq istəyən şəxslərin - NƏZƏRİNƏ!


  • 14 Sentyabr 2021 20:18

Ədliyyə Akademiyası mediatorların ilkin hazırlıq kursunda iştirak etmək arzusunda olanların müraciətlərinin qəbulunu davam etdirir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq mediasiya təlimi qurumu olan Ədliyyə Akademiyası mediatorların ilkin hazırlığını ödənişli əsaslarla həyata keçirir.

Aparılmış təhlillərə əsasən təlimçilərin əməyinin, habelə təlim prosesinin təşkili və həyata keçirilməsi üzrə xərclərin minimal həddi nəzərə alınmaqla ödənişin məbləği hər namizəd üçün 600 manat məbləğində müəyyən edilmişdir.

İlkin hazırlıq üzrə təlimdə iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri Ədliyyə Akademiyasına elektron qaydada təqdim etməlidirlər:

1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2. ali təhsil haqqında sənəd (sənədin əsli təqdim edilməmişdirsə, notarial qaydada təsdiq olunmuş surəti);

3. 3 illik stajı təsdiq edən sənəd (əmək kitabçasının əsli, yaxud kadrlar və ya notarial qaydada təsdiq olunmuş surəti, yaxud iş yerindən arayış, vəkillik vəsiqəsi və yaxud elektron portaldan müvafiq çıxarış);

4. məhkumluğun olmaması barədə arayış;

5. sağlamlıq barədə tibbi arayış (quruma təqdim etməzdən əvvəl ən tezi 1 ay əvvəl alınmış);

6. 2 ədəd fotoşəkil (3x4 sm ölçüsündə).
E-mail: mediator@aaj.gov.az

Əlavə məlumat almaq üçün Ədliyyə Akademiyasına (012) 493-71-31 (daxili nömrə 151) müraciət edə bilərsiniz.

Oxşar xəbərlər