Baş Prokurorluq nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yaydı


  • 13 Oktyabr 2021 19:43

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

E-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Oxşar xəbərlər