Gəncədə 4 nəfəri bıçaqlayan şəxslər saxlanıldı


  • 11 Dekabr 2023 09:34

Gəncədə 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Oxşar xəbərlər