- 22:04
Türkiyənin Kocaeli şəhərində vəkil hücuma məruz qalıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mənzilin əmlakının məhkəmə qərarı ilə müsadirəsi zamanı baş verib.
Kocaeli Vəkillər Kollegiyasının üzvü Ömer Çiftçi sözügedən evdə ev sahibinin hücumuna məruz qalıb.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb.
Kocaeli Vəkillər Kollegiyasının rəhbərliyi hadisəni pisləyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə