- 15:43
 
                    
            Mütəmadi olaraq musiqi dinləmək və ya musiqi alətində ifa etmək demans və koqnitiv geriləmə riskini əhəmiyyətli dərəcədə azaldır.
E-huquq.az xəbər verir ki, Avstraliyanın Monaş Universitetinin alimləri bu barədə araşdırma aparıb.
Araşdırma nəticəsində müəyyən edilib ki, mütəmadi olaraq musiqi dinləyən insanlarda demansın inkişaf riski 39 faiz azalır, musiqi alətlərində ifa edənlərdə isə bu nisbət 35 faizə çatır.
Tədqiqata 10,800-dən çox yaşlı iştirakçının məlumatı daxil edilib.
Nəticələrə görə, vərdişlə musiqi dinləyənlərin nəinki demans riski 17 faiz, həm də koqnitiv pozulma riski 17 faiz azalıb.
Tədqiqata rəhbərlik edən Emma Jaffa bildirib ki, musiqi fəaliyyəti yaşlı insanlarda idrak sağlamlığını qorumaq üçün əlçatan bir strategiyadır.
Alim səbəb-nəticə əlaqəsini sübut etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıb.
Tədqiqatın baş müəllifi, professor Joanne Ryan bildirib ki, Demensiya üçün qəti bir müalicə olmadığı üçün, xəstəliyin başlanğıcının qarşısını almaq və ya gecikdirmək üçün üsulları müəyyən etmək çox vacibdir.
Şəbnəm Mehdizadə