- 12:09
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında nəqliyyat sıxlığının tənzimlənməsinə kömək edəcəklərini bildirib.
E-huquq.az xəbər verir ki, Tramp sosial media hesabında bu barədə paylaşım edib.
Hörmüz boğazının tam açılması şərti ilə İranla iki həftəlik qarşılıqlı atəşkəs elanını dünya üçün "böyük gün" adlandıran Tramp bir çox müsbət addımların atılacağını qeyd edib.
"İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər cür materialları yükləyəcəyik və hər şeyin rəvan getdiyinə əmin olmaq üçün orada olacağıq. Əminəm ki, hər şey rəvan gedəcək. Bu, Yaxın Şərqin Qızıl Əsri ola bilər".
Şəbnəm Mehdizadə