Rusiya Türkiyə ilə anlaşma memorandumunun imzalanmasını təsdiqlədi


  • 7 Avqust 2022 09:10

Rusiya Türkiyə ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair qarşılıqlı anlaşma memorandumunun imzalanmasını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, sənəd normativ hüquqi aktlar layihələri portalında yerləşdirilib.

Sənədə əsasən, Rusiya, İqtisadi İnkişaf Nazirliyi, XİN və digər qurumlarla, eləcə də Türkiyə tərəfi ilə razılaşdırılmış memorandumun imzalanması təklifi qəbul edilir.

Hökumət memorandumu imzalamağı, həmçinin sənədə lazım gələrsə, düzəlişlər etməyi Baş nazirin müavini Aleksey Novaka həvalə edir.

Oxşar xəbərlər