- 15:44
Türkiyənin Muğla vilayətində 12 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda hərəkət edən bir yelkənli qayıqda qeyri-qanuni miqrantların olması barədə məlumat əldə edildikdən sonra Sahil Mühafizəsi qrupları hərəkətə keçib.
Əraziyə göndərilən qruplar qayığı saxlayaraq, dördü uşaq olmaqla 12 qeyri-qanuni miqrantı və qeyri-qanuni keçidi təşkil etdikləri müəyyən edilən iki şübhəlini yaxalayıb.
Miqrantlar ərazidəki yerli və xarici turistlər arasında diqqət çəkməmək üçün xilasedici jiletlər əvəzinə səliqəli və dəbli gündəlik geyimlərə üstünlük veriblər.
Sahilə çıxarılan qeyri-qanuni miqrantlar müvafiq prosedurlar həyata keçirildikdən sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.
Miqrant qaçaqmalçılığı şübhəsi ilə saxlanılan iki nəfərlə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə