Türkiyədə axtarışda olan 2 terrorçu saxlanılıb


  • 25 Sentyabr 2023 11:45

Türkiyənin Əskişəhər şəhərində axtarışda olan 2 terrorçu yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Əskişəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi "konstitusiya quruluşunu devirməyə cəhd" maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilən O.Y. və FETÖ üzvü kimi "silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə barəsində 6 il 3 ay həbs qərarı verilən E.R.Ç.-nin şəhər ərazisində olduğunu müəyyən edib.

Polis qruplarının keçirdiyi əməliyyatda həmin şəxslər tutulub.

Onlar həbsxanaya təslim edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər