Yunanıstanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artıb


  • 21 İyun 17:08

Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabatda yer alır.

Qeyd olunub ki, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.

Bu müddətdə virusa yoluxan 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər