Türkiyədə kağız fabrikində başlayan yanğın 4 gündür davam edir - FOTO


  • 15 İyul 2024 15:56

Türkiyənin Aydın vilayətində kağız fabrikində başlayan yanğın 4 gündür davam edir.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iyulun 12-də fabrikin anbarında başlayan yanğına havadan və qurudan müdaxilə edilməsinə baxmayaraq yanğıın söndürülməsi mümkün olmayıb.

Fabrikin birinci və ikinci hissələrindəki açıq anbar sahəsində davam edən yanğına ətraf şəhər və rayonlardan əlavə briqadalar göndərilib.

Küləkli hava şəraitinin yanğınsöndürmə işlərini çətinləşdirdiyi bildirilir.

Yanğınsöndürmə briqadaları alovun fabrikin əsas istehsal xəttinə keçməsinin qarşısını almaq üçün tədbir görüblər.

Vilayət valisi Yakup Canbolat bölgəyə 23 vilayətdən qüvvələr cəlb olunduğunu və 140 min ton kağızın yanmağa davam etdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər