Yük maşınları qəza törətdi: Avtobusların intervalında gecikmələr var - FOTO


  • 25 Noyabr 2021 09:11

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən e-huquq.az-a verilən məlumata görə, sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Tıxac bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.

Oxşar xəbərlər