Azərbaycanda toylara görə 1 nəfər həbs olundu, 32 nəfər şənliyə buraxılmadı


  • 22 Yanvar 2022 10:52

Ötən gün toylara görə 1 nəfər həbs olunub, 32 nəfər şənliyə buraxılmayıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 115 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 32 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxşar xəbərlər