Qəbələ sakini dağlıq-meşəlik ərazidə itkin düşdü


  • 3 Dekabr 2022 12:24

Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İtkin düşən şəxs Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğludur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov e-huquq.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir".

Oxşar xəbərlər