- 12 Sentyabr 23:50
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində bir nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün saat 22:30 radələrində qeydə alınıb. Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Yol kənarına düşən avtomobildə yanğın başlayıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin — sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində vəfat edib. Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.