Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanıldı


  • 21:34

Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər