DİN: Məktəbli qızların qeyri-etik davranışına dair görüntülər araşdırılır


  • 19 Fevral 23:13

Sosial mediada məktəbli qızların başqa bir məktəbliyə qarşı qeyri-etik davranmalarına dair görüntülər yayılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O bildirib ki, videogörüntülərdən məlumatlıdırlar: "Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır"..

***

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.

Məktəbdən e-huquq.az-a bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: "Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir".

Oxşar xəbərlər