İcra məmuru məhkəmə qərarını icra etmədikdə şikayət necə tənzimlənir?


  • 12 Aprel 2021 15:23

İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.

E-huquq.az xəbər verir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

Bu Qanunun sözügedən maddəsində nəzərdə tutulmayan digər icra sənədlərinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsindən, o cümlədən icra məmuruna etirazın təmin edilməməsindən şikayət, müvafiq hərəkətin edildiyi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edildiyi) vaxtdan 10 gün müddətində icra məmurunun olduğu yerin məhkəməsinə verilir.

İcra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün qanun sözügedən maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır.

İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər