Torpaq sahəsinə çıxarışı olan şəxslərin NƏZƏRİNƏ!


  • 29 May 11:52

Mülkiyyət hüququ hüquqi dövlətin əsas sütunlarından biridir və Konstitusiya ilə qorunan toxunulmaz hüquqlardandır.

E-huquq.az-ın məlumatına görə, vəkil Vamiq Şükürov deyib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi yalnız onun razılığı ilə alına bilər.

O bildirib ki, razılıq olmadan torpaq sahəsinin alınması, istisna hal kimi, yalnız dövlət ehtiyacları kontekstində və qanunla müəyyən edilmiş hallarda mümkündür.

"Torpaq sahəsinə çıxarışı, yəni kupçası olanların nəzərinə çatdıraq ki, onların torpaq sahələri yalnız dövlət ehtiyacları üçün məcburi qaydada alına bilər. Dövlət ehtiyacları üçün məcburi qaydada alınma hallarına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd boyu ərazidə, sərhədboyu zolaqlarda dövlət mühafizəsinin etibarlı təminatı, müdafiə və təhlükəsizlik obyektlərinin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən obyektlərinin tikilməsi, dəniz limanı ərazinin artırılması aiddir”, - deyə vəkil qeyd edib.

V.Şükürov vurğulayıb ki, digər hallarda vətəndaşların mülkiyyətində olan torpaq sahəsi onların razılığı olmadan heç bir halda alına bilməz.

Humay Eminqızı

Oxşar xəbərlər